Nuriyyə Əhmədova: \"Orta nəsil sayıldığımıza görə indi ortada qalmışıq\"- MÜNASİBƏT
Daha bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib. İttifaqı tərk etmək barədə ərizə yazanlar xalq artistləri Yalçın Əfəndiyev, Nuriyyə Əhmədova, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, əməkdar mədəniyyət işçiləri Pərviz Quliyev, Kamil Məmmədov, əməkdar artist Azad Şükürov, rejissorlar Rövşən İsmayılov, İlqar Safat, rəssam Mehriban Əfəndiyeva, aktyor Arif Kərimovdur. Adı çəkilən şəxslər üzv olmaq üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət ediblər. Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxmaq barədə müraciət edənlər təzyiq və hədələrlə üzləşsələr də ittifaqı tərk etmək üçün müraciət edənlərin sayı günü-gündən artır.
İttifaqı tərk edənlərdən olan Nuriyyə Əhmədova bununla bağlı fikirlərini SİA ilə bölüşüb. Onun sözlərinə görə, Kinematoqrafçılar İttifaqının yaradılmasına ehtiyac vardı: "Artıq kino sahəsində gənc nəslin daha da peşəkar səviyyədə yetişdirilməsi üçün addımlar atılır. Baxmayaraq ki, orta nəsil təbəqəsinə aidik, lakin bizim də işimizə ehtiyac olur. Bəlkə də orta nəsil sayıldığımıza görə indi ortada qalmışıq. Bilmirik ki, keçmişimizi yoxsa gələcəyimizi yaxşılaşdıraq".
Yeni ittifaqın yaradılmasını müsbət qarşıladığını deyən xalq artisti: "Köhnə ittifaqa o qədər də əhəmiyyət vermirdilər. Düşünürəm ki, yeni ittifaqı kino sahəsində daha da calanma etmək istədikləri üçün yaradıblar. İnanıram ki, hər şey yaxşı olacaq",- deyə əlavə edib.
N. Əhmədova onu da qeyd edib ki, köhnə ittifaqın dağılması şəxsi mənafeyə görə olmayıb: "Ancaq öz işimlə məşğulam. Hansı kinoya dəvət ediblərsə rolunun kiçik və böyüklüyündən asılı olmayaraq çəkilmişəm. Bundan sonra da hər şey yaxşı olacaq. Bütün atılan addımlar gələcəyimiz üçün təşkil olunur. Bildiyimiz kimi, Azərbaycanfilm kino studiyası təmirə başlayır, təmirdən sonra cavan kadrlar ora cəlb olunacaq. Yeni texnikalar gətiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB