Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi keçirilib-FOTOSESSİYA
İyulun 25-də Qəbələ şəhərində açıq səma altında Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və rəsmilər çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından salamlayıblar.
Ənənəvi keçirilən beynəlxalq musiqi festivalda daha sonra xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının konsertləri keçirilib. Bundan əlavə Murad Adıgözəlzadə, Fəridə Məmmədova və digər sənətçilər də musiqilərini ifa ediblər. Festivala gələn rəsmilər, yerli və xarici turistlər konsert proqramını maraqla izləyiblər. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının da konserti baş tutub.
Konsertin birinci hissəsində Ü.Hacıbəylinin "Koroğlu" operasından "Çənlibel" xoru, G.Hendelin "Alliluya", L.Bethovenin piano, xor və simfonik orkestr üçün fantaziya, ikinci hissədə isə C.Rossininin "Sevilya bərbəri" operasından uvertüra, C.Verdinin "Siciliya axşamı" operasından Yelenanın bolerosu, "Nabukko" operasından xor və "Traviata" operasından Violettanın ariyası, "Riqoletto" operasından Riqolettonun ariyası, V.A.Mosartın "Don Juan" operasından Tserlina və Don Juanın dueti, R.Leonkovallonun "Payatsı" operasından Kanionun ariyası, Ü.Hacıbəylinin "Koroğlu" operasından Həsən xanın ariyası, Q.Qarayevin "Vətənimizdir" və F.Bədəlbəylinin "Azərbaycan" əsərləri səsləndirilib.
Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə baş tutan konsertlərdə məşhur vokalçılar- Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadənin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, Prezident təqaüdçüsü Əvəz Abdullayevin (bariton), Opera və Balet Teatrının və Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədovanın (messo-soprano), Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (soprano), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın (soprano), İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadənin (tenor) çıxışı mərasimə toplaşan 1000-dən çox yerli və xarici tamaşaçı tərəfindən maraqla qarşılanıb.
Onu da bildirək ki, bu ilki festivalda Azərbaycanın tanınmış sənətçilərinin yubileyləri keçiriləcək. Belə ki, bu gün festival öz işini SSRi xalq artisti, bəstəkar Firkər Əmirovun 90 illiyinə hərs olunmuş yubley konserti ilə davam etdirəcək. Konsert proqramı kamera musiqi zalında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB