“Yeni dalğa- 2012” beynəlxalq mahnı müsabiqəsi başlayıb- FOTOSESSİYA

“Yeni dalğa- 2012” beynəlxalq mahnı müsabiqəsi başlayıb- FOTOSESSİYA

Yurmalada keçirilən "Yeni dalğa- 2012" beynəlxalq mahnı müsabiqəsinə start verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müsabiqənin qala konsertinin açılışını "Yurmala" 1988- ci ilin qalibi Aleksandr Malinin edib.

Qala konsertinin aparıcıları isə Sergey Lazarev və Lera Kudryavseva, Aleksandr Revva və Vera Brejneva, İvan Dorn və Anna Semevoniç cütlükləri olublar.

Münsiflər heyətinin əsas üzvü isə Raymond Pauls və İqor Krutoy ən çox diqqət çəkənlərdən olub.

Qala konsertində Rusiyanın bir çox tanınmış müğənniləri iştirak edib. Səhnədə Dima Bilan, Kristina Arbakayte (ana olduqdan sonra ilk dəfə səhnəyə çıxırdı), Valeriy Miladze, Ani Lorak və başqa tanınmışlar çıxış ediblər. Bununla yanaşı, İvan Dorn digər ifaçılardan fərqli olaraq səhnədə canlı ifa edib.

Builki müsabiqədə 14 ölkədən 16 iştirakçı qalibiyyət uğrunda mübarizə aparacaqlar. Müsabiqədə Rusiya, Qazaxıstan, Ukrayna, Litva, Latviya, Meksika, Çin, Belarus, Qırğızıstan, İtaliya, Nigeriya, Ermənistan və digər ölkələrin ifaçıları iştirak edəcəklər. "Yeni dalğa" müsabiqəsi "Rossiya" telekanalı və digər iştirakçı ölkələrin bir sıra kanallarında birbaşa yayımlanacaq.

Məlumat üçün bildirək ki, builki müsabiqədə həmçinin Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov xüsusi nömrə ilə çıxış edəcək. O, iyulun 29-da, müsabiqənin son günü öz çıxışı üçün xüsusi nömrə hazırlayıb. Emin həmçinin iyulun 27-də Yurmalada Rusiyanın estrada ulduzlarının "All star beach concert" adlı konsertində çıxış edəcək.

Qeyd edək ki, "Yeni dalğa-2012" beynəlxalq mahnı müsabiqəsi iyulun 29-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə