Gənc musiqiçilər TÜRKSOY–un konsertlərində iştirak edəcəklər

Gənc musiqiçilər TÜRKSOY–un konsertlərində iştirak edəcəklər

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri 22 avqust - 8 sentyabr tarixində Türkiyənin Ankara, Side, Girne şəhərlərində keçiriləcək konsertlərdə iştirak edəcəklər. SİA-nın məlumatına görə, tələbələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Başqırdıstan və Tatarıstanın istedadlı gənc musiqiçilərindən ibarət TÜRKSOY Gənclər Kamera Orkestrinin tərkibində çıxış edəcəklər.

Qeyd edək ki, bu, azərbaycanlı tələbələrin TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının beynəlxalq layihələrində ilk iştirakı deyil. Nazirliyin dəstəyi ilə Prezident təqaüdçüsü Mustafa Mehmandarov (skripka), Narın Musayeva (skripka) və Elvin Nəcəfov (alt) 2011-ci il 19 iyul-30 avqust tarixində TÜRKSOY Gənclər Kamera Orkestrinin tərkibində Türkiyə və Almaniyada keçirilən konsertlərdə, 9 aprel -1 may tarixində TÜRKSOY Beynəlxalq Simfonik Orkestrinin tərkibində Türkiyədə və ABŞ-da təşkil edilən konsertlərdə uğurla iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə