Dünya ulduzlarının Bakı konsertlərinə bilet alışının detalları açıqlanıb

Dünya ulduzlarının Bakı konsertlərinə bilet alışının detalları açıqlanıb

İyunun 25-i Jennifer Lopez, Rihanna və Şakiranın "Crystall Hall"-da keçiriləcək konsertlərinə biletlərin www.omnikomo.com saytında satışı başlanılıb. Konsertlərin təşkilatçısı olan "Omnikomo Music Group" şirkətinin PR xidmətindən SİA-ya verilən məlumata görə, internet vasitəsi ilə əldə edilən hər bilet artıq bilet sayılır və onu vauçer kimi hansısa biletə dəyişməyə ehtiyac yoxdur.

Elektron ünvana gələn məktubda bilet üzərində konsert zalına girişi təmin edəcək barkod göstərilib. Hər bilet bir konsert üçün etibarlıdır.

Məlumat üçün bildirək ki, iyulunun 12-dən başlayaraq Bakı kassalarında biletlərin pərakəndə satışına başlanılıb.

Qeyd edək ki, Jennifer Lopez sentyabrın 23-ü, Rihanna oktyabrın 6-sı, Şakira isə oktyabrın 14-ü "Crystall Hall" konsert zalında çıxış edəcəklər.

Dünya şöhrətli ulduzların şouları yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə