Park Cinema jurnalistlər üçün \"Qırmızı İşıqlar\" filminin premyerasını keçirib

Park Cinema jurnalistlər üçün \"Qırmızı İşıqlar\" filminin premyerasını keçirib

Milli Mətbuatın 137-ci ildönümü ərəfəsində Park Bulvar AVM ənənəsinə yenə də sadiq qaldı. SİA-nın məlumatına görə, Park Cinema jurnalistlər üçün \"Qırmızı İşıqlar\" filminin premyerasını keçirib.

Maraqlı film hamının ürəyincə olub, çünki jurnalistlər press-baxışdan razı qalıblar.

Məlumat üçün bildirək ki, filmdə parapsixoloq Marqaret Metison paranormal halları tədqiq edir və heyranedici kəşflərin astanasındadır. Öz tədqiqatlatında o, keçmişdə məhşur olan ekstrasensə kömək üçün müraciət edir. 30 il keçdikdən sonra o yenidən öz məşğuliyyətinə qayıdır, lakin naməlumluqla təhlükəli təcrübələrin nəticələri haqqında o heç şübhələnmir.

Qeyd edək ki, ekran əsərinin rejissoru Rodriqo Kortesdir. Rollarda Robert de Niro, Siqurni Uiver, Killian merfi, Elizabet Olsen, Linn Bleyds və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə