Uzun fasilədən sonra müğənninin yeni albomu işıq üzü görüb
Vaxtı ilə "Siqaret qutuları" mahnısı ilə gündəmə gələn müğənni Fuad Dadaşov səssizliyinə son qoydu. Uzun illər yaradıcılığına fasilə verən müğənninin yeni diski işıq üzü görüb. SİA-nın məlumatına görə, elə sözügedən mahnı ilə yaddaşlarda qalan Fuad Dadaşov yeni diskində də bu mahnıya yer verib. Yeni disk gözəl dizaynla ərsəyə gəlib. "Kür çayı" adlanan diskdə yeni mahnılarla yanaşı, sənətçi Azərbaycanın dünyaca məşhur musiqiçisi Müslüm Maqomayevin yaradıcılığına da müraciət edib. Belə ki, sözləri və musiqisi Müslüm Maqomayevə məxsus olan "Cиняя вечность" mahnısı da albomda yer alıb. Diskdə F.Dadaşovun ifasında 17 mahnı yer alıb. Albom sahibləri eləcə də müğənninin ifasında Vaxtanq Kikabidzenin dillər əzbəri olan "Мои года" mahnısını Fuad Dadaşovun özünəməxsus ifasında eşidə biləcəklər.
Albom üçün "Siqaret qutuları" yeni versiyada hazırlanıb. "Kür çayı"nda "Cиняя вечность", "L`italiano", "Позови меня тихо по имени", "Госпада офичеры", "Ты моя мелодия", "Qəlbinə necə yol tapım", "Bаше благородие", "Gecələr bulaq başı", "Мои года", "İçimdə xatirələr", "Həsrət məni tapan gündən", "Limanda", "Mурка Шансон", "Эхо любви" mahnıları da dinləyicilərin ixtiyarına verilir. Albomun üz qabığında uzun illərdir gözlərdən uzaq olan Fuad Dadaşovun dilindən "Dünyanın çox yerində mənim dilimdə danışan insanlar var..." sözlərindən də istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB