Entoni Hopkins “Nuh”da çəkiləcək

Entoni Hopkins “Nuh”da çəkiləcək

Aktyor Entoni Hopkins Darren Aronofskinin "Nuh" filminin aktyor heyətinə qoşulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məşhur aktyor Nuhun əmisi və İncildə yaşı göstərilən Mafusaili oynayacaq.

Əfsanəyə görə, məhz Mafusail dünyanın su basmasını ilk olaraq bilib. 969 yaşında vəfat edən Mafusail bu fəlakətə az qalmış vəfat edib.

Qeyd edək ki, filmin çəkilişləri artıq başlayıb. Premyerası isə 28 mart 2014-cü il tarixinə planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə