Eldar “Mən azadam\" deyir

Adını musiqi tarixinə \"Eurovision\" qalibi kimi yazan müğənni və aktyor Eldar Qasımov rəsmi Youtube kanalında öz yeni "I’m Free" mahnısının akustik versiyasını təqdim edib.

SİA-nın məlumatına görə, bu mahnı ifaçının özü tərəfindən AzəriLife Music Entertainment prodüser mərkəzi, daha dəqiq desək şəxsən DJ və prodüser Aligee (Əli Abasbəyli), eləcə də Rafi Babayev ilə birgə yazılıb. Yeni hitin musiqi prodüseri Fərid Məmmədovdur. "I’m Free"nin akustuik versiyası üzərində Ell-lə birgə Azərbaycanın tanınmış prodüseri İsa Məlikov çalışıb.

Eldar Qasımovun ifasında "I’m Free"nin akustik versiyasını müğənninin rəsmi Youtube kanalında dinləmək mümkün olacaq.

http://www.youtube.com/TheEllofficial

Bütün xəbərlər Facebook səhifəmizdə