Bakıda Kulinariya, Mədəniyyət və Turizm adlı Beynəlxalq Konfrans keçiriləcək
Bu ilin 6- 7 sentyabr tarixində Bakıda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ev sahibliyi ediləcək BMÜTT-nin \"İpək yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm\" adlı Beynəlxalq Konfransı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, \"Jumeirah\" mehmanxanasında keçirilməsi nəzərdə tutulan Konfransda bir sıra ölkələrin turizm nazirliklərinin nümayəndələri, turizm sahəsində fəaliyyət göstərən təşkilatlar və yüksək rütbəli şəxslər iştirak edəcək.
BMÜTT-nin İpək Yolu Proqramının başlıca məqsədlərindən biri İpək Yolunda davamlı turizmin inkişafına nail olmaq, güclü beynəlxalq turizm əlaqələri qurmaq və birgə təşəbbüslərə dəstək verməkdir.
Bu konfrans İpək yolu ölkələri ilə ən mükəmməl təcrübələri bölüşməyə, qida mədəniyyətini, davamlı turizmin inkişafında beynəlxalq sayıqlığı artırmağa kömək edəcək.
Qeyd edək ki, konfransın keçirilməsi haqqında saziş 12 aprel 2012-ci il tarixində Bakıda təşkil olunan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi zamanı imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB