\"Dərvişin qeydləri\" bədii filminin çəkilişləri davam edir

\"Dərvişin qeydləri\" bədii filminin çəkilişləri davam edir

Daha bir Azərbaycan filminin çəkilişləri davam edir. SİA-nın məlumatına görə, C.Cabbarlı adına \"Azərbaycanfilm\" kinostudiyasında lentə alınan \"Dərvişin qeydləri\" adlı bədii filmin çəkilişlərinin bir hissəsi başa çatmaq üzrədir.


Kinorejissor, xalq artisti Eldar Quliyevin quruluş verdiyi filmin çəkilişləri Salyanın \"Ceyran düzü\" ərazisində, Şəki və Pirəkəşküldə gerçəkləşib.


Yeni ekran əsərinin ssenari müəllifləri Eldar Quliyev və tanınmış yazıçı İlqar Fəhmidir. Rejissorun bildirdiyinə görə, on gündən sonra \"Azərbaycanfilm\" kinostudiyasında filmin pavilyon çəkilişlərinə start veriləcək.


Tarixi detektiv mövzuda olan filmdə Xalq artisti Fuad Poladov, Əməkdar artist Pərviz Məmmədrzayev və gənc aktyorlar rol alıblar. Filmin çəkilişlərinin avqust ayında başa çatacağı nəzərdə tutulur.


Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir.

Bütün xəbərlər Facebook səhifəmizdə