“Bakı, mən səni sevirəm!” kinolayihəsinin çəkiliş qrupu Bakımızı tərk edib- FOTOSESSİYA

“Bakı, mən səni sevirəm!” kinolayihəsinin çəkiliş qrupu Bakımızı tərk edib- FOTOSESSİYA

"Bakı, mən səni sevirəm!" kinolayihəsinin çəkiliş qrupu Bakımızı tərk edib. Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayevanın SİA-ya verdiyi məlumata görə, filmin çəkilişlərinə yekun vurulub və dünən qrup Moskvaya yola düşüb.

Kinolayihənin çəkilişləri 2 – yaz və yay ssesiyalarından ibarət idi. Layihəyə hər biri 9 dəqiqədən ibarət 10 film daxildir.İlk filmi prodüser Yeqor Kançolovski, son filmi isə digər prodüser Nadir Maçanov çəkib. Layihəyə yerli rejissorlarla yanaşı Rusiyadan, Böyük Britaniyadan və İtaliyadan da rejissorlar dəvət olunublar.

Filmlərdə Laləzar Mustafayeva, Sənubər İsgəndərova, Mabud Məhərrəmov, Rasim Balayev, Fərhad İsrafilov, Şamil Süleymanov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, Qurban İsmayılov, Rasim Cəfər, Fuad Osmanov, Bəhram Bağırzadə, hollivudun məşhur ulduzlarından Aziya Arcento, İtaliyanın məşhur aktyoru Alessandro Bertaluççi, qardaş Türkiyənin tanınmış aktrisası Eyşan Özhim, qonşu Rusiyanın bir neçə tanınmış aktyor və aktrisası, Belorussiyanın, Litvanın, Böyük Britaniyanın aktrisaları, Özbəkistanın Əməktar artisti Seydulla Maldaxanov çəkiliblər.

Filmin musiqi prodüseri Rusiyanın məşhur kino musiqisi bəstəkarı Viktor Salaqubdur. Azərbaycan bəstəkarlarından Səyavuş Kərimi, Vüqar Camalzadənin müsiqilərindən də istifadə olunacaq.

Yaxın günlərdə "Mosfilm" kinokonsernində filmin montaj və səsləndirilmə prosseslərinə başlanılacaq.

Xatırladaq ki, layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski və Nadir Maçanovdur.

Qeyd edək ki, "Bakı, mən səni sevirəm" layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Artıq 8 filmin çəkilişləri yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə