Jennifer Lopez, Rihanna və Şakiranın konsertlərinə biletlər şəhər kassalarında pərakəndə satışa çıxarılıb. Üç dünya meqa-ulduzunun konsertlərinə biletləri "Universal Music Group" şirkətinin Azərbaycan nümayəndəliyi "Omnikomo Music Group" şirkətinin www.omnikomo.com internet saytında, iyunun 25-dən başlayaraq əldə etmək üçün imkan yaradılıb.
Konsertlərin təşkilatçılısı olan
"Omnikomo Music Group"-un PR xidmətindən SİA-ya verilən xəbərə görə, bu gündən dünya ulduzlarının
konsertlərinə biletlər pərakəndə satışa çıxarılıb. Artıq biletləri şəhər
kassalarından əldə etmək olar.
Qeyd edək ki, Jennifer Lopez sentyabrın 23-ü, Rihanna oktyabrın 6-sı, Şakira isə
oktyabrın 14-ü "Crystall Hall" konsert zalında çıxış edəcəklər.
Dünya şöhrətli ulduzların şouları yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB