“Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” yaylaq festivalına hazırlıqlar başlayıb

“Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” yaylaq festivalına hazırlıqlar başlayıb

Bu gün "Borçalı" İctimai Cəmiyyəti "Borçalı Türklərinin Elat Mədəniyyəti Günü" yaylaq festivalına hazırlıqla bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən İB-nin rəhbəri Zəlimxan Məmmədli bildirib ki, yaylaq festivalı hər il baş tutur: "Cəmiyyətimizin əsas məqsəd və vəzifələri Azərbaycan və Gürcüstan dövlətləri arasında dostluq və mehriban qonşuluq ənənələrinin inkişafına yardımçı olmaqdan, hər iki ölkənin xalqlarının qarşılıqlı inteqrasiyasında ictimaiyyətin qüvvələrini səfərbər etməkdən ibarətdir".

Cəmiyyət rəhbəri qeyd edib ki, həyata keçirilən uğurlu layihələrdən biri hər il iyul ayının 26-da keçirilən "Borçalı Türklərinin Elat Mədəniyyəti günü" yaylaq festivalıdır: "Minlərlə insanın iştirak edəcəyi tədbir Borçalı –türk folklorunun və unudulmaqda olan "Elat" mədəniyyəti elementlərinin təbliği baxımından faydalıdır. Eyni zamanda Türk dünyasının diqqətini bu qədim türk yurduna yönəltmək, Azərbaycan- Gürcüstan-Türkiyə strateji müttəfiqliyinin vacibliyini təbliğ etmək də əsas hədəflərdəndir".

Qeyd edək ki, Elat tədbirinə hazırlıq üzrə Azərbaycan, Gürcüstan, Türkiyə, Güney Azərbaycan, MDB, Avropa üzrə təşkilat komitəsi fəaliyyətdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə