Rejissor Vahid Mustafayevin "Xoca" filmi oktyabrın 6-dan 12-nə qədər Türkiyədə keçiriləcək 49-cu Antalya Beynəlxalq "Qızıl portağal " film festivalının seçim komitəsinə təqdim olunub. Filmin festivalda iştirakı ilə bağlı son qərar seçim komitəsinin avqust ayında çıxaracağı yekun rəyə əsasən müəyyən ediləcək.
Məlumat üçün bildirək ki, film Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir. İlk nümayişi fevralın 26-da keçirilən "Xoca" filmi Qarabağ müharibəsinin ən faciəli səhifələrindən birini ekrana buraxıb.
Qeyd edək ki, \"Qızıl portağal\" dünyanın nüfuzlu film festivallarından biri hesab edilir. Hər il burada dünyanın məşhur kino xadimləri və ulduzları iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB