“Təhlədənəm özüm, dağlar” antologiyasının təqdimat mərasimi keçirilib - FOTOLAR
Bu gün Atatürk Mərkəzində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Gürcüstanda ulu söz yurdlarımızdan biri kimi tanınan Təhlə elinin şair və yazıçılarının yaradıcılıq örnəklərinin toplandığı "Təhlədənəm özüm, dağlar" (Təhlə çökəyi ədəbi antologiyası) kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə millət vəkilləri, alimlər, şair və yazıçılar iştirak edib.
Təqdimatı açıq elan edən millət vəkili Qənirə Paşayeva tarix boyu Güney Azərbaycanda, Kərkükdə, Borçalıda, Qərbi Azərbaycanda, Dərbənddə yaranmış ədəbi örnəklərin bütöv Azərbaycan ədəbiyyatının zənginləşməsində önəmli rol oynadığını qeyd edib. O, son vaxtlar respublikamızın inzibati ərazisindən kənarda olan yurdlarımızda yaranan ədəbiyyatımızın toplanması, nəşri və təbliği yönü-mündə bir sıra işlərin görüldüyünü, bu sıradan, tanınmış ədəbiyyatşünas, tərcüməçi Nəriman Əbdülrəhmanlının tərtib etdiyi "Təhlədənəm özüm, dağlar" ədəbi antologiyasının nəşrinin diqqətəlayiq iş olduğunu vurğulamışdır.
Xanım millət vəkili təqdim olunan kitabı yalnız bir ədəbiyyat hadisəsi olaraq deyil, eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın yaşamı, tarixi, etnoqra-fiyası ilə bağlı bilgiləri özündə ehtiva edən mədəniyyət hadisəsi kimi qiymət-ləndirərək, istər rəhbəri olduğu Dostluq Qrupu, istərsə də bir millət vəkili olaraq bu tip işlərə hər zaman dəstək verməkdən zövq aldığını demişdir.
Qənirə Paşayeva "Təhlədənəm özüm, dağlar" ədəbi antologiyasının Gürcüs-tanda da təqdimatının keçiriləcəyini bildirmişdir.
Təqdimatda çıxış edən millət vəkilləri – tarix elmləri doktoru professor Musa Qasımlı, filologiya elmləri doktoru Jalə Əliyeva, Sədaqət Vəliyeva təqdim olunan kitabın məziyyətləri, onun bir elin hissini-həyacanını, dünənini-bügününü, gələcəyə baxışını poetik dillə çatdıran qiymətli nəşr olduğunu, bu qəbildən kitabların soydaşlarımıza bir mənəvi dəstək dəyəri daşıdığını qeyd etmişlər.
Əslən Gürcüstandan olan ziyalılar – akademik Ramiz Məmmədov, dosent Əllədin Təhləli, tarix üzrə fəlsəfə doktoru Əsəd Təhləli, şair Etimad Başkeçid, eləcə də Bakı Slavyan Universitetinin dosenti, tanınmış ədəbiyyatşünas Rüstəm Kamal və başqaları çıxış edərək sözügedən antologiyanın nəşri faktı və antologiyada yer alan mətnlər barədə öz təqdiredici fikirlərini söyləmişlər.
Sonda kitabın tərtibçisi Nəriman Əbdülrəhmanlı təqdimatın təşkilatçısı millət vəkili Qənirə Paşayevaya, bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirmiş, öz ədəbi planları barədə məlumat vermişdir.
Qeyd edək ki, "Qanun" Nəşrlər Evində nəfis şəkildə çap olunmuş ( və nəşrinə yurdsevər ziyalılar Nurafiz Hüseynli, Kamandar Mamocoğlu, Bəhruz Əlmədətov, Aydın Yaqubov yardım gösrərdiyi) 552 səhifəlik antologiyanın redaktorları Rafiq Hümmət və Kamandar Mamocoğlu "önsöz" müəlifləri Rüstəm Kamal və Əsəd Təhləlidir.
Antologiyada ötən əsrin əvvəllərindən bugünümüzədək Gürcüstanın Təhlə çökəyində (Ağ Təhlə, Qara Təhlə, Qaracalar, eyni zamanda həmin ellərdən törəyən Birlik və Təzəkənd kəndlərində) yaranan yazılı ədəbiyyat örnəkləri toplanıb.
Nəşrdə klassik el şairlərinin əsərləri ilə yanaşı çağdaş ədəbiyyatımızın tanınmış nümayəndələrinin, eləcə də gənc yazarların yaradıcılığı da öz əksini tapıb. Antologiyada klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Şair Novruzla yanaşı, istedadlı söz adamları Arif Mustafazadə, Şahvələd Əhmədoğlu, Məhəmmd Həsənli, Allahverdi Təhləli, Əbdüləli İbrahimsoy, Əsəd Təhləli və başqalarının şeirləri, hekayələri yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB