Euro-2013 Mahnı Müsabiqəsi İsveçin 3-cü böyük şəhəri olan Malmödə keçiriləcək. 168.az-ın məlumatına görə, bu barədə adıçəkilən ölkənin "Sveriges Television" telekanalı xəbər yayıb.
Müsabiqənin təşkilatçıları bildiriblər ki, "Eurovision-2013"-ün keçirilməsinə 2 şəhərin namizədliyi olub – Stokholm və Malmö. Sonda şəhərin infranstrukturu, hər il burada "Melodifestivalen" festivalının və "Eurovision"a seçim turunun burada keçirilməsi nəzərə alınaraq Malmöyə üstünlük verilib.
Gələn il müsabiqə "Malmö Arena"da keçiriləcək. 2008-ci ildə inşa edilən arenanın 15500 tamaşaçı tutumu var. Malmö sakinlərinin sayı isə 664 min nəfərdir. Şəhər artıq 1992-ci ildə "Eurovision"u qəbul edib.
Qeyd edək ki, Bakıda keçirilən "Eurovision-2012"nin qalibi İsveç təmsilçisi Loreen olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB