\"Euphoria\"ya qapılacaqsınız- VİDEO

\"Euphoria\"ya qapılacaqsınız- VİDEO

İsveçə Eurovision Mahnı Müsabiqəsi 2013-ün ev sahibliyini qazandıran Lorin (Loreen) ona uğur gətirən \"Euphoria\" kompozisiyasına klip çəkdirib. SİA-nın məlumatına görə, klipdə Eurovision səhnəsindəki mistik əhval-ruhiyyə saxlanılıb. Ona görə də ekran işinin çəkilişləri qaranlıq və sirrli-sehrli əhval-ruhiyyə aşılayan məkanlarda aparılıb. İfaçı klip çəkilişlərindən olan fotolarını sosial şəbəkədə pərəstişkarları ilə də paylaşıb.


Qeyd edək ki, \"Euphoria\" mahnısı Eurovision səhnəsindəki qələbədən sonra təkcə İsveçdə bir neçə saat ərzində 100 min nüsxədə satılıb. Mahnı Avropa musiqi aləmində hələ də birinciliyini qoruyur. Bunu nəzərə alan yaradıcı heyət mahnını tamaşaçılara klip versiyasında təqdim etməyi vacib sayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə