"Eurovision-2011"in qaliblərindən olan Eldar Qasımovun magistr dissertasiyasının müdafiəsi baş tutub. Ali təhsil müəssisini bitirdikdən sonra o, elə öz universitetində "beynəlxalq münasibətlər" ixtisası üzrə magistraturaya daxil olub. Təmsilçimizin SİA-ya verdiyi məlumata görə, "YUNESKO-nun təhsil sahəsində fəaliyyətinin əsas istiqamətləri" mövzusunda magistr dissertasiyasını müdafiə edib, əla qiymət alıb.
"Bakı Slavyan Universiteti həyatımda çox böyük rol oynayır. Həmişə bilmişəm ki, həyatım musiqi və səhnə ilə bağlı olacaq, bunu daxilimdə hiss etmişəm. Buna görə də, yalnız bir istiqamətdə inkişaf etməmək üçün instituta daxil olmaq və diplomat sənətini öyrənmək qərarına gəldim. Yeri gəlmişkən, diplomatiya danışıqlar aparmaq sənətidir. Bu, həqiqətən də incəsənətdir. Bir saniyə də olsun təəssüf etmirəm, hətta minnətdaram ki, indi mənim ürəyimdə BSU-nun yeri var!",- deyə Eldar əlavə edib.
Qeyd edək ki, Eldar Qasımov 2006-cı ildən 2010-cu ilədək Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər və regionşünaslıq" fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB