\"Eurovision- 2012\"nin ikincisi olan \"Buranovskiye babuşki\"nin populyarlığı günü- gündən daha da artır. SİA-nın builki müsabiqənin rəsmi saytına (
eurovision.az ) istinadən verdiyi məlumata görə, nənələrə televiziyada iş təklif edilib. Qrupun ifaçılarından Natalya Yakovlevna Puqaçova \"Rossiya 1\" telekanalında \"V qostax u skazki\" (\"В гостях у сказки\") verilişində aparıcı ola bilər.
Bununla yanaşı, Rusiya mətbuatının məlumatına görə, müğənni Filip Kirkorov \"Buranovskiye babuşki\" qrupunu 2013-cü ildə keçiriləcək Eurovision Mahnı Müsabiqəsində yenə də ölkə təmsilçisi qismində görür. Onun sözlərinə görə, nənələr İsveçdəki müsabiqədə iştirak edərək birinci yerə sahib ola bilər. \"Hər halda Dima Bilanda bu alınmışdı\",- deyə Filip Kirkorov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB