Emin Ağalarov Yaşıl Teatrda xeyriyyə konserti verəcək

İyulun 12-də Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni-bəstəkar Emin Ağalarov Bakıda Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, xeyriyyə məqsədli konsertin tamaşaçıları musiqiçinin "After the Thunder" albomuna daxil olan mahnıların və Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsində Eminlə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olacaqlar.


Bakıdakı növbəti konsertinə hazırlaşan Emin bunları deyib: "Mən dünyanın bir çox şəhərlərində çıxış edirəm, lakin Bakıdakı konsertlər həyatımda həqiqətən də böyük əhəmiyyət daşıyır. Dörd ildir ki, ifalarıma heç kimin laqeyd qalmaması üçün əlimdən gələni edirəm".


Qeyd edək ki, konsertin biletləri 20-300 manat arasında satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə