İqor Burqanova həsr olunmuş müsabiqə elan edilib

İqor Burqanova həsr olunmuş müsabiqə elan edilib

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "Burqanov Evi" Moskva Dövlət Muzeyi ilə birgə "Sərhədsiz sənət: Azərbaycan xalça dünyası İqor Burqanovun yaradıcılığında" mövzusunda elmi-sənətşünaslıq məqalələri üçün müsabiqə elan edib.


SİA-nın məlumatına görə, müsabiqəyə qatılmaq istəyənlər Rusiyanın Əməkdar Rəssamı, sənətşünaslıq namizədi, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanovun yaradıcılığı ilə tanış olmaq və materialı hazırlamaq üçün onun eskizləri əsasında toxunan xalçalardan ibarət "İqor Burqanovun müasir xalça sərgisi"nə baxa bilərlər. Sərgi L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində mayın 12-də açılıb və iyulun 20-dək davam edəcək.


Müsabiqədə iştirak etmək istəyənlər işlərini oktyabrın 15-dək təqdim etməlidirlər. Yarışmanın şərtinə əsasən məqalələr Azərbaycan və ya rus dillərində yazılmalıdır.


Müsabiqədə fərqlənənlərə pul mükafat təqdim olunacaq. Sonda L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində müsabiqənin nəticələrinə həsr olunan konfrans keçiriləcək və seçilmiş məqalələr kitab halında çap ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə