Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Sübhün səfiri" ikiseriyalı tammetrajlı bədii filminin çəkilişləri artıq başa çatıb.


SİA-nın məlumatına görə, film görkəmli yazıçı, filosof-demokrat, ictimai xadim, milli dramaturqiyamızın banisi, böyük ədib və mütəfəkkirin həyat və yaradıcılığından bəhs edir. Hazırda filmin tamamlanma işləri gedir. Çəkilişlər Şəkidə, Gürcüstanın Tbilisi və Türkiyənin İstanbul şəhərlərində aparılıb.


Filmin quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, icraçı prodüseri Adil Qulamovdur.


Rollarda: Rasim Balayev, Məmməd Səfa, Oleg Əmirbəyov, Aleksandr Şarovski, Məbud Məhərrəmov və başqaları çəkilib.



Bütün xəbərlər Facebook səhifəmizdə