C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Qisas almadan ölmə" tammetrajlı bədii filminin çəkilişləri başa çatıb. SİA-nın məlumatına görə, hazırda film montaj-səsyazma və digər son tamamlanma işləri mərhələsindədir.
Filmin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması, bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub.
Çəkilişlər Şamaxıda, Gürcüstanın Svanetti dağlarında, həmçinin Almaniyadakı Bukov şəhərində qeyri-sabit, kəskin şaxtalı şəraitdə aparılıb.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Oktay Mir-Qasım, operatoru Nikolay İvasiv, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Feldir.
Filmdə Ramiz Əzizbəyli, Ayan Mirqasımova, Fizuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov kimi azərbaycan aktyorları ilə yanaşı, məşhur alman və gürcü aktyorları- Ulrix Rexenbax, Haynts Krükeberq, Qiya Caparidze, Rezo Tavarkviladze iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB