Bakıya \"Dolu\" düşəcək - FOTOLAR

Bakıya \"Dolu\" düşəcək - FOTOLAR

C. Cabbarlı adına \"Azərbaycanfilm\" kinostudiyasında Aqil Abbasın eyniadlı romanı əsasında lentə alınan \"Dolu\" tammetrajlı bədii filminin çəkilişləri başa çatıb. SİA-nın məlumatına görə, film Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edir. Hazırda filmin tamamlanma işləri gedir. Qeyd edək ki, çəkilişlər İsmayıllı, Şəmkir, Ağcabədi rayonlarında aparılmışdır.


Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyevdir.


Rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov, Oqtay Quliyev, Vaqif Səmədzadə, Vüsal Murtuzəliyev, Gülzar Cəfərova, Şamil Süleymanov, Şahmar Qəribli, Sabir Məlikov, Əliqulu Səmədov, Pərviz Bağırov, Məhərrəm Musayev, Corc Qafarov, Mayak Kərimov və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə