Dünya ulduzlarının “Baku Crystal Hall”dakı konsert biletlərinin qiyməti bəlli olub - FOTO

Dünya ulduzlarının “Baku Crystal Hall”dakı konsert biletlərinin qiyməti bəlli olub - FOTO

Cennifer Lopez, Rihanna və Şakiranın "Baku Crystal Hall"da solo konsertlərinin biletləri satışı başlanılıb. SİA-nın hər üç konsertin təşkilatçısı "Universal Music Group" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group"un rəsmi saytı www.omnikomo.com-a istinadən verdiyi məlumata görə, hər üç konsertin biletlərinin qiyməti 35-230 avro arasındadır.


Yerindən asılı olaraq biletlərin qiyməti - 230, 155, 125, 80, 35 avro arasında dəyişir. Dünyaca məşhur müğənnilərin konsertlərinə biletləri www.omnikomo.com saytından əldə etmək olar. Konsertlərin təşkilatçısı "Universal Music Group" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkətidir.


2012-ci ilin əvvəlində "Omnikomo Music Group" və "Universal Music Group" yüksək keyfiyyətli musiqinin təşviqi, musiqi piratlığı ilə mübarizə, habelə Azərbaycanda və Gürcüstanda yeni istedadların aşkar edilməsi məqsədilə birgə müəssisə yaradıblar.


Xatırladaq ki, dünya şöhrətli ulduzlar Cennifer Lopez sentyabrın 23-də, Rihanna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də "Crystal Hall" konsert zalında çıxış edəcəklər.


\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə