Polyak kinorejissoru Azərbaycan gənclərinə ustad dərsləri keçəcək

Polyak kinorejissoru Azərbaycan gənclərinə ustad dərsləri keçəcək

İyulun 12-dən 19-dək Bakıda görkəmli polyak kinorejissoru Kşiştof Zanussinin ustad dərsləri təşkil ediləcək. SİA-nın məlumatına görə, ustad dərslər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının bazasında kinorejissorlar üçün keçiriləcək.


Qeyd edək ki, dərslər Prezident İlham Əliyevin \"Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında\" Sərəncamına uyğun olaraq kino sahəsində çalışan gənc kino sənətkarları ilə aparılan iş proqramı çərçivəsində onların dünya kino mədəniyyətinə yiyələnməsi ilə bağlı tədbirləri həyata keçirmək məqsədilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə