“Mahmud və Məryəm” filminin çəkilişləri gələn ay başlayacaq

İyul ayında xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında eyniadlı tammetrajlı filmin çəkilişlərinə başlanılacaq. SİA-nın məlumatına görə, ekran əsərinin Azərbaycanda çəkilişləri Bakının Suraxanı rayonu ərazisindəki "Atəşgah" məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında aparılacaq.


Filmin rejissoru türk əsilli Böyük Britaniya rejissoru Mətin Hüseyn, prodüseri Sevda Kayqısızdır.

Yeni ekran əsəri Azərbaycanın "Salnamə" və Türkiyənin "24 Karefilms" studiyaları tərəfindən istehsal olunacaq.


Qeyd edək ki, filmdə Azərbaycan və Türkiyə aktyorları rol alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə