Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cənub bölgəsinə qastrol səfərinə gedəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər M.F.Axundzadənin anadan olmasının 200 illiyi və teatrın ən maraqlı tamaşalarını bölgə tamaşaçılarına təqdim etmək məqsədilə baş tutacaq.
Qastrolda kollektiv M.F.Axundzadənin "Sərgüzəşti – Vəziri Xani Lənkəran" tamaşası ilə çıxış edəcək. Dahi dramaturqun eyniadlı əsəri əsasında hazırlanan dörd pərdədən ibarət səhnə əsəri iyun ayının 26-dan 30-dək Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran və Şirvan rayonlarında nümayiş etdiriləcək.
Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşanın musiqi tərtibatı Xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur. Tamaşada rolları Əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar Rəşidova İradə, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB