Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış "Gəncə qapıları" tamaşasının premyerası keçirilib. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sergey Skomoroxov, bəstəkarı Rüfət Xəlilov, rejissor assistentləri Rəfiqə Musayeva və Ceyran Həsənovadır.
Tamaşada Gəncə xanı Cavad xanın obrazını əməkdar artist Kazım Abdullayev canlandırıb. Digər rolları isə xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elxan Quliyev, Əli Nur, Vəfa Rzayeva, aktyorlar Şəhla İsmayılova, Elnar Qarayev və başqaları ifa ediblər.
Vətənini bütün varlığı ilə sevən və onu qorumaq üçün canından və övladlarından belə keçən Cavad xanın mübarizə dolu ömür yolu tamaşada hərtərəfli canlandırılıb.
Qeyd edək ki, iyunun 29-da Akademik Milli Dram Teatrında tamaşa yenidən nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB