Emin Ağalarov \"Ən dəbli kişi səsi\" mükafatına layiq görüldü - FOTO
Rusiyada yaşayan azərbaycanlı müğənni və biznesmen Emin Ağalarov növbəti mükafata layiq görülüb. SİA-nın müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Rusiyanın bir çox tanınmış simaları iştirak edib.
Moskvada keçirilən "Fashion People Awards – 2012" mükafatının təqdimat mərasimində tanınmış müğənni ən dəbli kişi səsi - \"Fashion Voice Male\" nominasiyasının laureatı olub.
Qeyd edək ki, "Fashion People Awards" mükafatının təqdimatı artıq 3-cü ildir keçirilir. Bu mükafat Rusiyanın ən dəbdə olan, istedadlı və uğur qazanmış insanlarına verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB