\"Eurovision\" iştirakçılarının Bakıda möhtəşəm konserti - FOTOSESSİYA
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə metronun "Koroğlu" stansiyasının qarşısındakı musiqili "Alov-Fəvvarə" kompleksində "Heydər Əliyev-qurtuluşdan tərəqqiyə" adlı möhtəşəm konsert proqramı təşkil edilib.
SİA-nın məlumatına görə, tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək 15 İyun- Milli Qurtuluş Gününün tarixindən, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü böyük işlərdən söz açıblar.
Bildirilib ki, ölkəmizdə yüksək səviyyədə təşkil edilən "Eurovision-2012" mahnı müsabiqəsi bütün dünyada böyük əks-səda doğurub və təmsilçi ölkələrin musiqiçiləri bu gün də dünya mətbuatında Azərbaycanla bağlı çox xoş, unudulmaz xatirələrini bölüşürlər: \"Bütün bunlar hər birimiz üçün qürurvericidir\".
Sonra möhtəşəm konsert proqramına start verilib.
Gecədə "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, Azərbaycanın builki müsabiqə təmsilçisi Səbinə Babayeva, 2010-cu ildə ölkəmizi yarışmada təmsil etmiş Səfurə Əlizadə, eləcə də digər tanınmış və gənc musiqiçilər çıxış ediblər.
Rumıniyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil etmiş məşhur "Mandinga" qrupunun səhnəyə çıxması isə konsertə yeni çalar qatıb. Qrupun ifası tamaşaçıların alqışları ilə qarşılanıb.
"Eurovision-2012" mahnı müsabiqəsində Rumıniyanı ispan və ingilis dillərində, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil edən qrupun ifasında bu mahnı bir daha səslənib.
Bakıya səfəri çərçivəsində "Mandinga" qrupu paytaxtımızda yeni klipin çəkilişinə də başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB