BMİ-nin baş katibi Bakının inkişafını yüksək qiymətləndirib- FOTO

BMİ-nin baş katibi Bakının inkişafını yüksək qiymətləndirib- FOTO

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Memarlıq İttifaqının baş katibi Mişel Barmakini qəbul edib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən nazir baş katibə Azərbaycanın inkişafı haqqında ətraflı məlumat verilib.

Nazir bildirib ki, Azərbaycan son 7-8 ildə sürətli şəkildə inkişaf edir: "Şəhərimizin günü-gündən inkişaf etməsi prezidentimizin ölkəyə olan diqqətinin bariz nümunəsidir. Bakı paytaxt olaraq bu inkişafın əyani sübutudur".

Baş katib isə öz növbəsində vurğulayıb ki, bu onun Azərbaycana ilk səfəridir: "Ölkənizə ilk dəfədir gəlirəm. Ancaq burada gördüklərim məni çox sevindirdi. Şəhəriniz çox gözəldir. Ölkənizdə aparılan abadlaşdırma işlərini yüksək qiymətləndirirəm".

Azərbaycan Memarlıq İttifaqının I müavini Elbəy Qasımzadə isə çıxışında qeyd edib ki, Azərbaycan Beynəlxalq Memarlıq İttifaqının üzvüdür və əlaqələr hər zaman inkişaf edəcək.

Qeyd edək ki, Mişel Barmakinin 3 günlük səfəri bu gün başa çatır. Baş katib səfər çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin rəhbəri və bir sıra aparıcı memarlarımızla da görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə