“Mandinga” qrupu yenidən Bakıdadır

“Mandinga” qrupu yenidən Bakıdadır

Rumıniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Mandinga" qrupu Bakıya gəlib. SİA-nın məlumatına görə, qrupun Azərbaycana səfərinin məqsədi Azərbaycan və Rumıniyanın diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunan tədbirdə çıxış etməkdir.


Qrup üzvlərinin bu gün eyni zamanda yerli KİV nümayəndələri ilə də görüşü təşkil olunacaq. Qrup üzvləri Bakıya gəlməmişdən öncə facebook sosial şəbəkəsindəki səhifələrində Azərbaycanda çoxsaylı dostlar qazandıqlarını və bu səfər ərzində onlarla görüşəcəklərini bəyan ediblər.


Qeyd edək ki, "Mandinga" qrupu 57-ci "Eurovision" mahnı müsabiqəsində 26 ölkə arasında 14-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə