İyunun 21-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Fransa Respublikasının ölkəmizdə səfirliyinin birgə təşkilatçılığı ilə fransız müğənnisi Batlikin İçəri Şəhərdə açıq havada konserti keçiriləcək. İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 21 iyun Fransada musiqi bayramı günüdür və bu tarixdə konsert zallarında, küçələrdə çoxsaylı pulsuz konsertlər verilir, hər janrda musiqilər səslənir, insanlar rəqs edir və əylənirlər. Ənənəvi olaraq hər il bu bayram münasibəti ilə Fransa Respublikasının səfirliyi müxtəlif tədbirlər keçirir.
Bu dəfə musiqi bayramı Bakının tarixi mərkəzində fərqli ifa üslubuna, cəlbedici və güclü səsə malik olan fransız müğənnisi Batlikin ifasında ecazkar konsert proqramı ilə qeyd olunacaq.
Konsert saat 20:00-da, Qoşa Qala Qapısı meydanında açıq havada baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB