İsveçə Eurovision Mahnı Müsabiqəsi 2013-ün ev sahibliyini qazandıran Lorin (Loreen) ona uğur gətirən \"Euphoria\" kompozisiyasını ekranlaşdırmaq qərarına gəlib. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni artıq klip çəkilişlərinə başlayıb.


Mahnının klipində Eurovision səhnəsindəki mistik əhval-ruhiyyə saxlanılacaq. Ona görə də ekran işinin çəkilişləri qaranlıq və sirrli-sehrli əhval-ruhiyyə aşılayan məkanlarda aparılır. İfaçı klip çəkilişlərindən olan fotolarını sosial şəbəkədə pərəstişkarları ilə də paylaşıb.


Qeyd edək ki, \"Euphoria\" mahnısı Eurovision səhnəsindəki qələbədən sonra təkcə İsveçdə bir neçə saat ərzində 100 min nüsxədə satılıb. Mahnı Avropa musiqi aləmində hələ də birinciliyini qoruyur. Bunu nəzərə alan yaradıcı heyət mahnını tamaşaçılara klip versiyasında təqdim etməyi vacib sayıb. Klipin bir neçə həftədən sonra tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...