“Bu meydan, bu ekran-2012” kino layihəsinin qalibləri kimdir?

“Bu meydan, bu ekran-2012” kino layihəsinin qalibləri kimdir?
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Bu meydan, bu ekran - 2012" kino layihəsinin qalib kino layihələri müəyyənləşib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu kino layihələri Gənc Film İstehsalçıları Assosiasiyasına məxsus "Senzor" layihəsi, "Rakord" şirkətinə məxsus "Gözlənti" layihəsi və "Adari Films" şirkətinə məxsus "Arzu" layihəsidir.


Bildirilir ki, bu müsabiqə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə keçirilir. Qalib layihələr müsabiqənin münsiflər heyətinin qərarına əsasən müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə