Bu gün tanınmış aktyor, unudulmaz gülüş ustası, mərhum Hacıbaba Bağırovun 80 yaşı tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə aktyorun uzun illər çalışdığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi mərhum aktyorun II Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklil qoyublar.
Ziyarətdə iştirak edən Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev və tanınmış aktyorlar mərhum sənətkarın həyat və fəaliyyətindən söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Məlumat üçün bildirək ki, iyunun 18-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Hacıbaba Bağırovun 80 illik yubileyinə həsr olunmuş "www.Ferzeli-kef.com" tamaşası nümayiş olunacaq.
Qeyd edək ki, Hacıbaba Bağırov Azərbaycan kino və teatr tarixində özünəməxsus və unudulmaz rollar oynayıb. Aktyor 2006-cı il oktyabrın 6-da vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB