İyunun 19-da və 20-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və MDB-yə üzv, Latviya, Litva və Estoniyanın "Kinoşok" Açıq Kino Festivalı Bakıda festivalın qalib filmlərindən ibarət baxışlarını təşkil edir. SİA-nın məlumatına görə, festivalın yaranma tarixinin 20 illiyinə həsr olunan tədbirdə "Kinoşok"u təmsil edən bir qrup kino sənətkarı iştirak edəcək.
Dörd filmdən ibarət yubiley proqramının açılışı rejissor Rüstəm Abdraşevin "Dirçəliş adası" filmi ilə olacaq.
19 iyun
saat 10.00 "Dirçəliş adası", rejissor Rüstəm Abdraşev (Qazaxıstan)
saat 21.00 "Parisə pəncərə", rejissor Yuriy Mamin (Rusiya-Fransa)
20 iyun
19.00. "Natiq", rejissor Yusup Razıkov (Özbəkistan)
21.00. "Avrasiyalı", rejissor Şarunas Bartas (Litva-Rusiya-Fransa)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB