\"Eurovision 2012\"dən \"Avro 2012\"yə

\"Eurovision 2012\"dən \"Avro 2012\"yə

İtaliyanın Azərbaycanda keçirilən 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Nina Zilli futbol üzrə Avropa Çempionatında xüsusi qonaq qismində çıxış edəcək. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni İtaliya milli yığmasına dəstək məqsədilə iyunun 15-də Krakovda olacaq. O, İtaliya nümayəndə heyətinin mənzil qərargahı olan \"Blue House\"da konsert verəcək. Konsert iyunun 16-da yerli vaxtla saat 21.00-da İtaliya radiosunda yayımlanacaq.

Nina Zilli yay mövsümü ərzində turnesini də dayandırmayacaq. O, bu il Eurovision səhnəsində oxuduğu mahnı ilə eyni adlandırdığı \"L\'amore è femmina\" turnesini iyun, iyul və avqust aylarında da davam etdirmək fikrindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə