\"Sofi möcüzələr diyarında\"
Bolqarıstanın BNT İctimai Televiziyasında Azərbaycanın ev sahibliyi etdiyi 57-ci Eurovision Mahnı Müsabiqəsinə həsr olunan film yayımlanacaq. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, \"Sofi möcüzələr diyarında\" adlı filmdə müsabiqə həyəcanı və şou ilə bağlı unudulmaz anlar ölkənin builki təmsilçisi Sofi Marinovanın dilindən nəql ediləcək.


Bakıya səfər boyu Sofini müşaiyət edən kamera müsabiqə zamanı gerçəkləşdirilən maraqlı tədbirlər, partilər, iştirakçılarla müsahibələr və Bakının rəngarəng şou mənzərəsindən görüntüləri də lentə alıb. Uşaqlıq arzusunu reallaşdıran Sofi Morinova bundan sonra da dəfələrlə bu müsabiqədə iştirak etməyə hazır olduğunu söyləyir. O, Eurovision Mahnı Müsabiqəsini özü üçün böyük təcrübə hesab edir. Film iyunun 10-da, saat 15:20-də (Bolqarıstan vaxtı ilə) yayımlanacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə