Gənc bəstəkarların əsərlərindən ibarət plenum keçiriləcək

Gənc bəstəkarların əsərlərindən ibarət plenum keçiriləcək

Azərbaycan Bəstəkarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçirəcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, plenum Milli Qurtuluş Gününə həsr edilib və iyunun 12-dən 16-dək keçiriləcək.


Plenumda "Con Tempo" Ansamblının, kamera-instrumental, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertinin keçirilməsi nəzərdə tutulur.


Eyni zamanda plenum çərçivəsində yeni əsərlər lent yazısında dinlənəcək və əsərlərin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə