Azərbaycanın xalq mahnısı "Sarı gəlin"ə həsr olunan sənədli filminin təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, filmin çəkilişləri Azərbaycanla yanaşı, digər türkdilli dövlətlərdə aparılıb.
Filmdə Azərbaycan, Türkiyə, Qazaxıstan və digər ölkələrin araşdırmaçıları "Sarı gəlin"lə bağlı apardıqları araşdırmaların nəticələrini danışıblar. Filmin təqdimatı iyunun 12-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Təqdimat mərasimində türkdilli dövlətlərin hər birinin milli musiqi alətlərinin müşayiəti ilə "Sarı gəlin" təqdim olunacaq. Film Azərbaycanda istehsal olunub.
Qeyd edək ki, filmim baş prodüseri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB