40 illik yubiley ərəfəsində “Qoca kloun”

40 illik yubiley ərəfəsində “Qoca kloun”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni benefis - tamaşa hazırlanıb. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Görkəmli rumın dramaturqu Mate Vişneçin "Qoca kloun tələb olunur" əsəri əsasında hazırlanan "Qoca kloun" tamaşası teatrın istedadlı rejissoru və aktyoru Nicat Kazımovun 40 illik yubileyi və səhnə fəaliyyətinin 21 illiyinə həsr olunub.

Tamaşanın müəllifi Nicat Kazımovdur. Yubilyar eyni zamanda əsas obrazlardan birini ifa edəcək. Onunla bərabər digər rollarda aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, İlham Əsədov və Elnur Kərimov iştirak edirlər.

İki hissəli tragikomediya janrında olan tamaşa yaşlı aktyor-klounların həyatlarını, onların faciəli talelərini əks etdirir.

Qeyd edək ki, benefis - tamaşa iyun ayının 10-da, saat 19.00da nümayiş etdiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə