Nənələr nəvələrə xeyir-dua verdi

Rusiyanı 10-cu \"Uşaq Eurovision\"unda (Junior Eurovision) Valeriya Yenqalıçeva təmsil edəcək. Valeriya Moskvada keçirilən Milli Seçimlərdə \"Sensasiya\" mahnısı ilə 12.34 səs toplayaraq birinci olub. O, tamaşaçıların SMS və münsiflər heyətinin səsverməsi nəticəsində 19 rəqib arasından qalib seçilib.


SİA-nın eurovision.az saytına istinadən xəbər verir ki, Milli Seçimlərin açılış konsertində Rusiyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi \"Buranovskiye babuşki\" çıxış edib. Nənələr müsabiqədəki populyar mahnılarını - \"Party for Everybody\"ni səsləndirib. Mahnının ifası zamanı Milli Seçimlərin iştirakçıları da nənələrə qoşulub.


Qeyd edək ki, Junior Eurovision dekabrın 1-də Amsterdamda keçiriləcək. Avropa Yayımları Birliyinin bu layihəsi ilk dəfə 2003-cü ildə Kopenhagendə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...