İyunun 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Dmitri Şostakoviçin "Xanım və Xuliqan" baletinin premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu tamaşa rus balet sənətinin incilərindən biri olub Rusiyanın əksər aparıcı opera və balet teatrlarının repertuarını bəzəyir.
Baletin quruluşunu həyata keçirmək üçün teatrın rəhbərliyi tanınmış rus xoreoqrafı, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Sankt-Peterburqun Mixaylovski adına Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Sergey Moxnaçovu Bakıya dəvət edib.
Tamaşanın süjetini faciəli məhəbbət tarixçəsi təşkil edir. Məhəbbət həqiqətən də insanı dəyişir, onun daxilində olan ən təmiz, müqəddəs, yüksək hissləri oyadır. Lakin həyat çox amansızdır. Və qəhrəman öz sevgisi uğrunda canını qurban verir...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB