Heydər Əliyev Sarayı sağlamlıq imkanları məhdud uşaqlar üçün xeyriyyə konserti keçirib
Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində "Uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunan xeyriyyə konserti keçirilib. SİA-nın məlumatına görə, xeyriyyə konserti Heydər Əliyev Sarayının təşəbbüsü ilə baş tutub.
Tədbirdə iştirak müğənnilər- Almaz Ələsgərova, Zamiq Hüseynov, Safura Əlizadə, Ramal İsrafilov və Sevda Yahyayeva uşaqları bayram münasibəti ilə təbrik edərək onlara musiqili hədiyyələrini təqdim ediblər.
Qeyd edək ki, Heydər Əliyev Sarayınının rəhbərliyinin xeyriyyə konsertini keçirtməkdə məqsədi, fiziki qüsurlu, əlil, xəstə uşaqlara mənəvi dayaq olmaq, onların istirahət vaxtlarını səmərəli keçirtməklərinə imkan yaradaraq əhval ruhiyyələrini yaxşılaşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB