Niderlandın \"Eurovision- 2012\" təmsilçisi debüt albomu üzərində çalışır
Niderlandın \"Eurovision 2012\" təmsilçisi Joan Franka müsabiqənin finalına vəsiqə qazana bilməsə də buradakı çıxışını uğurlu hesab edir. SİA-nın məlumatına görə, o, vətəninə çatan kimi bir neçə televiziya proqramında qonaq olub, fanları ilə görüşüb.
Joan Franka müsabiqədən heç də əliboş dönmədiyini deyir: \"Çox gözəl vaxt keçirdim. Yaxşı insanlar tanıdım və çox gözəl səhnədə olmaq imkanı qazandım.\"
O, bir neçə günlük istirahətdən sonra debüt albomu üzərində gərgin işə başlayacaq. Yaxın günlərdə isə albomun ilk mahnısını dinləyicilərin ixtiyarına verməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB