Azərbaycan "Eurovision-2012"də hansı ölkələrdən neçə səs aldı?

Azərbaycan "Eurovision-2012"də hansı ölkələrdən neçə səs aldı?

Bakıda keçirilən 57-ci "Eurovision-2012" müsabiqəsinin qalibi Lorindir. Müsabiqədə Səbinə Babayeva ilə təmsil olunan Azərbaycan bu dəfə də yüksək nəticə göstərdi. Ölkəmiz dördüncülüyü qazanmaqla nüfuzlu yarışmanın daimi liderlərindən olduğunu yenidən təsdiqlədi.


Dördüncü yeri gətirən səslərin hansı ölkələr tərəfindən verildiyinə diqqət yetirək. Beləliklə, bu müsabiqədə Azərbaycana 12 səslərini verənlər Türkiyə, Malta, Litva və Ukrayna oldu. 10 ballarımız Moldova, Bolqarıstan, Rusiya və Gürcüstandan gəldi. İki ölkə Azərbaycana 8 səs verdi. Bunlar İsrail və Kiprdir. Belarus və Bosniya olmaqla hər birindən 7 balı da ümumilikdə iki ölkədən aldıq. Bizə 6 səs verən bir ölkə oldu ki, o da Slovakiyadır. Yunanıstan və Monteneqronun hər biri isə Azərbaycana 5 bal verdi. Sanmarina və Albaniyanın hər biri də 4 səsini ölkəmizdən əsirgəmədi. Serbiya Azərbaycana 3 bal verən yeganə ölkə oldu. Böyük Britaniya və Makedoniyanın hər birindən 2, İrlandiyadan isə 1 bal aldıq.


Beləliklə toplam 150 səs Azərbaycana səs vermək hüququ olan 40 ölkənin 21-dən gəldi.

Bütün xəbərlər Facebook səhifəmizdə