Tamaşaçıları sülh rəmzi olan ağ geyimlərdə şounun üç aparıcısı – Leyla, Eldar və Nərgiz Azərbaycan, ingilis, fransız və alman dillərində salamlayıblar.
Açılış şousunu Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımov möhtəşəm ifası ilə edib. "Natiq" Ritm Qrupunun ifasında unudulmaz ifa, eləcə də ötən ilin qalibləri Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnılarının ifası hər bir kəsə gözəl anlar bəxş edib. Bu gün səhnədə birincilik uğrunda 26 ölkə - Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldova təmsilçiləri mübarizə aparacaq.
Finala vəsiqə qazanan ölkələr sıra ardıcıllığı ilə öz səhnə performanslarını nümayiş etdirəcəklər. Ardınca səsvermə nəticəsində builki müsabiqənin qalibi məlum olacaq.
Qeyd edək ki, artıq ötən günkü perfomanslara görə münsiflər heyətinin səsverməsi olub. Bu gün isə tamaşaçıların səsverməsi keçiriləcək. Səsvermə bütün çıxışlardan sonra 15 dəqiqə ərzində həyata keçiriləcək. Səsvermənin nəticələri hər bir təmsilçi ölkə ilə canlı bağlantı vasitəsi ilə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB